Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində becərilən taxılın Ermənistana göndərildiyini etiraf edib
sizinxeber.az xəbər saytı

Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində becərilən taxılın Ermənistana göndərildiyini etiraf edib


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.

"Sizinxeber.az" xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd təsərrüfatı sektorunun müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı nazirinin müşaviri” “vəzifələr”ində çalışdığını deyib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.

Oxşar xəbərlər

Manukyan Ermənistanın vaxtilə işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib
Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilir
David Babayan: İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı
Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
David Babayan: Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər