TÜRK-AY-a sədrlik Azərbaycan Konstitusiya Məhkəməsinə verilib
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın dəvəti ilə həmin ölkənin Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya ədalət mühakiməsinin gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştirak etmək üçün İstanbul şəhərində olub.
"Sizinxeber.az"ujn məlumatına görə, tədbirin rəsmi hissəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında iştirakçıları salamlayıb və onlarla xatirə şəkli çəkdirib.
Simpoziumun əvvəlində Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya 34 ölkənin konstitusiya nəzarəti orqanlarının sədrlərini, hakimlərini və digər qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edib.
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyinin təmin olunması sahəsində səylərinin davam etdirilməsinə əminliyini bildirib.
Simpoziumun praktiki hissəsində XXI əsrdə konstitusiya ədalət mühakiməsinin gələcəyi, rəqəmsal dövrdə konstitusiya ədalət mühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni çağırışlar və imkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrin Konstitusiya məhkəmələrinin iclasında Təşkilata müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə verilib.
Səfər çərçivəsində xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri ilə məhkəmə-hüquq sahəsində fikir mübadiləsi aparılıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri
Oxşar xəbərlər
Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına sədrlik Azərbaycana verilib
Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-la bağlı Azərbaycana uğurlar arzulayıblar
Türkiyə və Azərbaycanın Konstitusiya Məhkəmələrin sədrləri miqrasiya və insan hüquqları mövzusunda müzakirələr aparıb
İstanbulda beynəlxalq konfransda deportasiya, miqrasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
