İstanbulda beynəlxalq konfransda deportasiya, miqrasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılıb
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmək üçün İstanbul şəhərində səfərdə olub.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, beynəlxalq konfrans “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Türkiyə Konstitusiya Məhkəməsinin qərarları işığında miqrasiya və insan hüquqları” mövzusunda keçirilib. Konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, bir sıra Avropa dövlətlərinin Konstitusiya məhkəmələrinin, Türkiyənin dövlət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransın praktiki hissəsində Miqrasiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası, Konstitusiya Məhkəməsinin deportasiya məsələləri üzrə məhkəmə təcrübəsi, Avropa Konvensiyası çərçivəsində miqrant uşaqların müdafiəsi, eləcə də digər mövzulara dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məruzə ilə çıxış edib, respublikamızın 30 ildən artıq üzləşdiyi qaçqın və məcburi köçkün problemini iştirakçıların diqqətinə çatdırıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edildiyini, bununla da həmin şəxslərin pozulmuş bir sıra konstitusion hüquqlarının bərpa edildiyini vurğulayıb.
F.Abdullayev planetimizin üzləşdiyi ən böyük problemlərdən birinin qlobal iqlim dəyişmələri olduğunu bildirib, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində Türkiyənin Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə hüquq sahəsində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İƏT nümayəndə heyəti ilə beynəlxalq hüquqi əməkdaşlıq müzakirə olunub
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
