Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-la bağlı Azərbaycana uğurlar arzulayıblar
sizinxeber.az xəbər saytı

Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-la bağlı Azərbaycana uğurlar arzulayıblar


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyəti sentyabrın 18-dən sentyabrın 20-dək Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının (AKMA) “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar” mövzusunda keçirilmiş 6-cı Konqresində iştirak etmək üçün Banqkok şəhərində səfərdə olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, bir çox Asiya ölkələri Konstitusiya məhkəmələrinin nümayəndə heyətlərinin iştirakı ilə Konqresdə “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələrinin rolu”, “Dəyişən dünyada dayanıqlı ədalət naminə konstitusiya ədalət mühakiməsinin inkişafı”, “Konstitusiya ədalət mühakiməsi və dayanıqlı sosial inkişaf” mövzuları üzrə sessiyalar keçirilib.

Konqresdə çıxışlar zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin videoçıxışı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində nümayəndə heyətlərini Tailand Kralının xüsusi nümayəndəsi salamlayıb.

Konqresin yekununda Banqkok Bəyannaməsi qəbul edilib. Bəyannamədə Assosiasiyaya üzv olan Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ən xoş arzularını ifadə etdikləri qeyd olunub. Eyni zamanda Konstitusiya Məhkəmələrinin belə beynəlxalq tədbirlərin cəmiyyətin bu sahədə biliklərinin artırılması daxil olmaqla dayanıqlı inkişaf və iqlim dəyişikliyi məsələsində vacibliyini tanıdıqları bildirilib.

Konqres çərçivəsində, həmçinin konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra hüquqi məsələlər üzrə çıxışlar edilib, fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-un keçirilməsində Azərbaycana uğurlar arzulayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların Əsasnaməsinin baxılma tarixini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsinin parlament seçkilərinə dair icraat üzrə iclası sabah olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər