Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı
sizinxeber.az xəbər saytı

Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Ağalar Əliyev ifadə verib və sualları cavablandırıb.

"Sizinxeber.az" xəbər verir ki, zərərçəkmiş şəxs Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib.

O, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olan vaxt hüquq mühafizə orqanlarında çalışdığını deyib.

A.Əliyev “Miatsum hərəkatı” prosesinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını bildirib: “Dedilər ermənilər tələb edir ki, Qarabağ Ermənistana verilməlidir”.

O, vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən də bəhs edib: “Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da daşınırdı”.

Zərərçəkmiş şəxs daha sonra dövlət ittihamçılarının, zərərçəkmiş şəxslərin nümayəndələrinin, müdafiə tərəfinin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Xankəndidən olan zərərçəkmiş: Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satılmırdı
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Qarabağ separatçılarının cinayət işi üzrə zərərçəkənlərin sayı məlum olub
Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər