Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Həsənov ifadəsində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.
"Sizinxeber.az" xəbər verir ki, o, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində yerləşən ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.
“Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, - deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.
Oxşar xəbərlər
Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı
David Babayan: Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim
Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində Ermənistan vətəndaşları olan zabitlərin say üstünlüyünü etiraf edib
David Babayan: İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













