Azərbaycanda 56 hüquqşünas prokurorluq orqanlarına qəbul edilib
Keçən ilin aprel ayının 15-də elan edilən 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, mərasimin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.
Qeyd olunub ki, müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56 gənc hüquqşünas qulluğa qəbul edilib.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələri Baş prokuror Kamran Əliyev təqdim edib.
Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkilib.
Oxşar xəbərlər
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son beş ildə 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda 2 yeni təyinat olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda təyinatlar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













