Baş Prokurorluqda təyinatlar olub
Baş Prokurorluqda təyinatlar olub.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Teymur Qarayev Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin edilib.
2013-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Teymur Qarayev əvvəllər Xətai rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləyib.
Həmçinin Teymur Qarayev digər bir sıra ictimai rezonans doğuran və ağır cinayət hadisələrinin ibtidai istintaqını aparıb.
Digər müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Tuqay Rəhimli Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.
2019-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Tuqay Rəhimli əvvəllər Gəncə şəhər və Binəqədi rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləyib. London Universitet Kollecində (UCL) magistr təhsili almış Tuqay Rəhimli 2 ildən artıq müddətdə Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb.
Oxşar xəbərlər
Baş prokurorun iki yeni köməkçisi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha iki qadın prokurora vəzifə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda təyinat olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qadın prokuror rəis müavini təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda 2 yeni təyinat olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












