Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb
sizinxeber.az xəbər saytı

Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb


Ötən illərlə müqayisədə xarici ölkələrdə təhsil alan hüquqşünaslar prokurorluq orqanlarına qəbulla bağlı az sənəd veriblər.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, 2002-2024-cü illərdə qəbul olunan şəxslərdən 969-u ölkədə, 29 nəfəri isə xaricdə təhsil alan əməkdaşlardır.

K.Əliyev, həmçinin bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olmasından şikayətlənib:

"İşə qəbul olunanlardan 8-nin xarici dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilir. Prokurorluq orqanlarına qəbul olunan şəxslər dil biliklərini inkişaf etdirməlidirlər".

Oxşar xəbərlər

Azərbaycanda 56 hüquqşünas prokurorluq orqanlarına qəbul edilib
Son beş ildə 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib
Vətən müharibəsinin iştirakçısı olan 23 nəfər prokurorluğa qulluğa qəbul edilib
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir
Heydər Məmmədov : Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle