Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb


Azərbaycan Prezidenti İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb:

"Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib".

Qeyd olunub ki, təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

"Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır", - məlumatda deyilir.

Oxşar xəbərlər

Təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri dönüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin mətbuat xidməti: Təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Aktaudakı təyyarə qəzası ilə bağlı Qazaxıstan hakimiyyət orqanları ilə təmasdadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi naharında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sankt-Peterburqda MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər