Təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri dönüb
Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidmətinin məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verilib.
Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb
Azərbaycan Prezidentinin mətbuat xidməti: Təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır
Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gedib
Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













