Əli Əsədov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulandı.

Neft ixrac edən ölkə olmasına baxmayaraq Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırıldı.

Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu.

Oxşar xəbərlər

Əli Əsədov Neçirvan Bərzani ilə söhbət edib
COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib
Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb
Azərbaycan Prezidenti Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb - YENİLƏNİB
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər