Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb. Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.

Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Oxşar xəbərlər

Baş nazir Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda plenar iclas keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər