Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 9 ailə Cəbrayıla köçürülüb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Sizinxeber.az"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 46 sakin olmaqla daha 9 ailə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 13 ailə, Sumqayıtdan 1 ailə, Abşeron rayonundan 4 ailə, Saatlıdan 1 ailə, Beyləqandan 1 ailə, Gəncə şəhərindən 1 ailə olmaqla ümumillikdə 30 ailə, 150 sakin növbəti köç karvanında yola salınıb.
Bu günədək Cəbrayıl şəhərinə ölkənin müxtəlf bölgələrində məskunlaşmış 163 ailə, 583 rayon sakini köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.
Oxşar xəbərlər
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 16 ailə Cəbrayıl şəhərinə köçürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış: Növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndiyədək azad edilmiş ərazilərə iki mindən çox ailə köçürülüb - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - VİDEO - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












