Bakının DYP İdarəsi yağışın törətdiyi fəsadlarla bağlı müraciət yayıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.
“Report” xəbər verir ki, idarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.
“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.
Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.
Xatırladaq ki, daha əvvəl paytaxtın İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.
Oxşar xəbərlər
BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Bağırov körpüsünü su basıb, fəsadlar aradan qaldırılır
DYP “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə yenidən müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Yol polisi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
