BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə “Report”a DYP-dən bildirilib.
“Bakı Şəhər DYP İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, – müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Sürücülərə yağışlı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq tövsiyə edilib
Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












