Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün əhəmiyyətli maliyyə resursları ayrılıb.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı" adlı sessiyada deyib.
Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dağıdılıb:
"Bəzi rayonlarda dağıntının miqyası son dərəcə böyük olub. Lakin yenidənqurma yalnız kərpic və beton işlərindən ibarət deyil. İnsanlar yenidən öz doğma torpaqlarında gələcəyi təsəvvür etməyə başlayanda bərpa prosesi başlayır. Bərpa və yenidənqurma işləri üçün artıq əhəmiyyətli maliyyə resursları ayrılıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında biz şəhər və kəndləri uzunmüddətli dayanıqlılıq, inklüzivlik və davamlılıq baxışı əsasında sıfırdan qururuq. Bizim yanaşmamız bir əsas prinsipə söykənir. Burada mənzil təminatı birinci yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və inam qaytarır".
YENİLƏNİR
Oxşar xəbərlər
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
Emin Hüseynov: Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur
Xüsusi nümayəndə: Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq
Prezidentin xüsusi nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollardan çox vəsait ayrılıb
Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
