Bakının birləşdiriləcək bələdiyyələri məlum olub
sizinxeber.az xəbər saytı

Bakının birləşdiriləcək bələdiyyələri məlum olub


Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələrin siyahısı məlum olub.

"Sizinxeber.az" xəbər verir ki, bu haqda "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələr aşağıdakılardır:

1.1. Xəzər rayonu üzrə:

1.1.1. Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

1.2. Qaradağ rayonu üzrə:

1.2.1. Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

1.2.2. Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

1.3. Pirallahı rayonu üzrə:

1.3.1. Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

1.4. Səbail rayonu üzrə:

1.4.1. Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.

Oxşar xəbərlər

Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI
Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək
Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq
Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle