STM: Respondentlər Azərbaycanın hərbi sənayesini güclü hesab edirlər
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.
Bu barədə "Report"a STM-dən məlumat verilib.
Bildirilib ki, ümumi nəticələr ölkənin hərbi sənaye potensialının yüksək qiymətləndirildiyini göstərir.
Belə ki, “Sizcə, Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir?” sualına respondentlərin əhəmiyyətli hissəsi, yəni 74,9%-i “güclüdür” cavabını verib. Sorğu iştirakçılarının 17,1%-i Azərbaycanın hərbi sənaye imkanlarının orta səviyyədə, 2,3%-i zəif olduğunu düşünür. 5,7%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.
Nəticələrin respondentlərin yaş qruplarına və təhsil səviyyələrinə görə təhlili gənc nəslin və ali təhsilli sorğu iştirakçılarının Azərbaycanın hərbi sənaye imkanlarını yüksək səviyyədə qiymətləndirdiyini göstərir.
Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və ondan yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
Oxşar xəbərlər
İtaliyanın SWG SPA şirkətinin seçkiöncəsi sorğusu: 81% respondent Azərbaycanda işlərin düzgün istiqamətdə irəlilədiyini bildirib
Respondentlərin əksəriyyəti parlament seçkilərində iştirak edəcək
Prezident: Bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
