Baş prokuror Qəbələ rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Oğuz, İsmayıllı, Göyçay rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edib
Baş prokuror Qobustan rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













