Əmək və əhalinin sosial müdafiəsi naziri Zaqatalada qəbul keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Bildirilib ki, sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Oxşar xəbərlər
Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
Sahil Babayev Oğuzda vətəndaşları qəbul edib
Sahil Babayev Qaxda vətəndaşları qəbul edib
Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Anar Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
