AYNA rəsmisi: Bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair faktlar dərhal araşdırılır
Sosial mediada bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair yayılan faktlar dərhal araşdırılır
“Report” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentlitinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
O, marşrut avtobusları sürücülərinin sərnişinlərə qarşı kobudluqlarının yolverilməz olduğunu bildirib:
“Biz belə halları sosial mediada görən kimi dərhal araşdırmalar aparırıq. Yaxşı olar ki, problemlə qarşılaşan sərnişinlər özləri də bizi məlumatlandırsın”.
Oxşar xəbərlər
Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Bəxtiyar Məmmədov: “28 May” stansiyasında görüləcək işlər üçün 11 ay çox böyük müddət deyil
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













