FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb  - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:58

İsmayıllı sakini su kanalında batıb.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayıllı rayon Qubaxəlilli kənd sakini Rəvan Məhərrəmov su kanalında çimərkən batıb.

Hazırda onun axtarışları davam etdirilir.

Oxşar xəbərlər

Şirvan suvarma kanalında batan gəncin meyiti tapılıb - YENİLƏNİB
Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapılıb- FOTO - YENİLƏNİB-3
Kürdəmir sakini kanalda boğulub
Novxanıda dənizdə batan şəxslərin meyiti tapılıb
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər