Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
sizinxeber.az xəbər saytı

Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır


Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panelin sual-cavab hissəsində deyib.

Onun sözlərinə görə, mübarizə hallarına baxmayaraq, yenə də qanunsuz taksi fəaliyyəti halları var:

“Yol polisi bir nöqtəyə daimi təhkim oluna bilməz, bu, aydındır. Buna görə də polis heyəti ərazidən uzaqlaşan zaman yenidən qanunsuz taksi fəaliyyəti hallarına rast gəlinir. Biz bu istiqamətdə mütəmadi olaraq mübarizə tədbirləri həyata keçiririk və bu proses davam etdiriləcək”.

Oxşar xəbərlər

AYNA-nın departament rəhbəri: Manatlıq taksi anlayışı yoxdur, onlar qanunsuz fəaliyyət göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA-nın departament rəhbəri: "Manatlıq taksi"lər qanunsuz fəaliyyət göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda son iki gündə 61 sürücünün qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər