Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Hazırda Azərbaycanda 27 min taksi buraxılış kartı alıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 67 minə bərabər idi.
V.Məmmədov parklanma məsələsinə də toxunub:
“Hazırda yaradılan parklanma sistemi şəffaf və rəvandır. Əlbəttə, bəzən bununla bağlı tənqidlər də olur. Amma, istəniıən halda, bizim etdiyimiz müasir şəhər standartlarına uyğun islahatdır”.
Direktor bildirib ki, AYNA-ya gün ərzində mediadan orta hesabla 12 sorğu daxil olur:
Sorğuların araşdırılması vaxt aparır. Biz çalışırıq ki, onların böyük bir qisminə həmin gün cavab verək. Ümumilikdə gün ərzində 80-90 sualı isə sosial media üzərindən alırıq”.
V.Məmmədov vurğulayıb ki, hansısa bir səhv varsa, dərhal aradan qaldırılmasına çalışılır:
“Bizim fəaliyyət sahəmiz o qədər genişdir ki, hər bir vətəndaşın həyatında varıq. Bu da müxtəlif fikirlərin olmasına, müzakirələrə və böhran hallarına səbəb olur. Əsas məsələ odur ki, bu kimi hallardan dərs çıxarılır və növbəti dəfə təkrar olunmur”.
Oxşar xəbərlər
Bəxtiyar Məmmədov: “28 May” stansiyasında görüləcək işlər üçün 11 ay çox böyük müddət deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Bakıda artıq nizamlı parklanma yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












