Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir
Azərbaycan həm MDB, həm də türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir.
“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi istiqamətində qabaqcıl və ardıcıl işlər görülməkdədir: “Artıq cəmiyyətdə yol mədəniyyətinin formalaşdığını rahatlıqla deyə bilərik".
Şöbə rəisi DYP ilə medianın bu istiqamətdə birgə fəaliyyətinə toxunub:
“Media bu istiqamətdə bizə çox böyük dəstək nümayiş etdirir. Ən adi nümunə çəkim, on il əvvəl cəmiyyətdə avtoxuliqanlıq qəhrəmanlıq kimi görünürdüsə, medianın gücü ilə artıq bunun tam əksi baş verir”.
Oxşar xəbərlər
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP: Yol qəzaları, ölüm və xəsarət hallarının sayı azalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Konstitusiya və Suverenlik İlində media gündəmi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaxın vaxtlarda Azərbaycanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












