Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir


Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilir.

“Sizinxeber.az” xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak edirlər.

Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil edilir.

Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.

Oxşar xəbərlər

MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə regional medianın inkişafına həsr olunan tədbir keçirilir  [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA: “Azadlıq Radiosu” parlament seçkiləri ilə bağlı ictimai rəyi manipulyasiya edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT/DTİHB ilə seçkilərdə medianin fəaliyyəti müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər