Bəxtiyar Məmmədov: “28 May” stansiyasında görüləcək işlər üçün 11 ay çox böyük müddət deyil
Bakı Metropolitenində 1980-ci ildən bəri arzulanan bir işin, yəni "qırmızı" və "yaşıl" xətlərin ayrılmasının həyata keçirilməsi üçün 11 ay çox böyük müddət deyil.
“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə bu istiqamətdə medianın dəstəyinə ehtiyacları var:
“Bu ilin sonunda “Dərnəgül” istiqamətində “28 May” - “Nizami”, “Nizami" - “28 May” xəttinin bağlanması əvvəlcə cəmiyyət arasında xeyli müzakirəyə səbəb oldu. “28 May” stansiyası bağlanır" adı altında xəbərlər yayıldı. Bu kimi hallarda, şübhəsiz, medianın işi, informasiyanın doğru çatdırılması məsələsi vacibdir”.
Bəxtiyar Məmmədov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə fəaliyyətə də diqqət çəkib:
“Məhz bu dövrdə AYNA ilə vahid komanda, inteqrasiya olunmuş nəqliyyat anlayışını icra edəcəyik”
Oxşar xəbərlər
Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Konstitusiya və Suverenlik İlində media gündəmi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












