2,5 milyon manat beş yerüstü TV yayımçısı arasında bərabər bölünüb
29 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari ildə son iclası keçirilib.
Şuradan Sizinxeber.az-ya verilən xəbərə görə, iclasda il ərzində audiovizual media və onun tənzimlənməsi sahəsində həyata keçirilmiş fəaliyyət, Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlər - yeni lisenziyaların verilməsi, audiovizual proqramların həmçinin, retranslyasiya operatorlarının paketlərinin monitorinqi, tətbiq olunan inzibati tənbeh tədbirləri, FM radio yayımının genişləndirilməsi ilə bağlı Prezident Sərəncamının icrasının yekunlaşması, Audiovizual Şuranın beynəlxalq əməkdaşlığı və digər məsələlər üzrə ümumi fikir mübadiləsi aparılıb.
Daha sonra özəl ümumölkə yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı Şura üzvləri tərəfindən yüksək qiymətləndirilmiş, bunun cəmiyyətin operativ və dolğun məlumatlandırılması və maarifləndirilməsi sahəsində yayımçıların fəaliyyətinin gücləndirilməsi, yayım keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlətin növbəti dəstək addımı olduğu vurğulanıb.
Audiovizual Şuranın müvafiq qərarı ilə ayrılmış 2,5 milyon manat maliyyə vəsaiti 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər bölünüb.
Oxşar xəbərlər
Audiovizual Şura Xəzər TV-yə sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib
Xarici TV-ləri yayımlayan operatorların monitorinqinə başlanılıb, "ATV Plus"la bağlı iş məhkəməyə göndərilib
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib, "Naxçıvan TV"yə peyk yayımı lisenziyası verilib
Azərbaycanda teleradioların sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
