Audiovizual Şura Xəzər TV-yə sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib
23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib və "Xəzər TV" kanalının efirində 22 oktyabr 2024-cü il tarixdə, saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsi ilə bağlı hal müzakirə olunub.
Bu barədə Sizinxeber.az-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı (saat 22.32-də) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub. "Xəzər TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
Speys TV-yə xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə İTV-ni 3 min manat cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə “Səhiyyə TV”-ni cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici TV-ləri yayımlayan operatorların monitorinqinə başlanılıb, "ATV Plus"la bağlı iş məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












