Professor Nəsiman Yaqublu dəfn edilib FOTO - YENİLƏNİB
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.
Sizinxeber.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.
Qeyd edək ki, Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında həlak olub.
Nəsiman Yaqublu uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.
Allah rəhmət eləsin!
***
12:27
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu qeyd edib ki, Nəsiman Yaqublu milli mətbuat tarixinin öyrənilməsində müstəsna rolu olub.
“Nəsiman müəllimin vəfatı bizim üçün böyük itkidir. Bu gözlənilməz xəbər bütün onu tanıyanları dərindən sarsıdıb”, - Vüqar Zifəroğlu bildirib.
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, Nəsiman Yaqublunun vəfatı təkcə Jurnalistika fakültəsinin yox, Azərbaycan elmi üçün böyük itkidi: “O, cümhuriyyət tariximizin, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqi yolunda əvəzsiz işlər görüb. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq”.
Qeyd edək ki, Nəsiman Yaqublu Zabratda torpağa tapşırılacaq.
Nadir Yalçın
Oxşar xəbərlər
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəsiman Yaqublu Zabratda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












