ABŞ Energetika Nazirliyi: İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçib
Son iki sutka ərzində Hörmüz boğazından 100-dən çox ticarət gəmisi keçib.
"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.
"Srağagün 55, dünən isə 67 gəmi keçib. Neft və neft məhsullarının daşınma həcmlərinə gəldikdə onlar təxminən müharibədən əvvəlki səviyyəyə uyğundur", - deyə o qeyd edib.
Rayt ABŞ-də benzinin ucuzlaşması müddəti ilə bağlı proqnoz verməkdən çəkinib, lakin ABŞ-İran danışıqlarının nəticələrindən asılı olmayaraq, yanacağın qiymətinin aşağı düşəcəyinə əminliyini ifadə edib.
"Boğazlardan neft və qaz tədarükü normallaşıb. Bu, İranla danışıqların necə inkişaf edəcəyindən asılı olmayaraq, belə də davam edəcək. ABŞ-də enerji resurslarının hasilatı artırılır, Venesuelada istehsal artır, biz dünyanın digər enerji daşıyıcıları istehsalçıları ilə əməkdaşlıq edirik. Hesab edirəm ki, amerikalıların enerji resurslarının qiymətlərinin ucuzlaşmasının davam etməsini gözləməyə haqqı var", - o vurğulayıb.
Xatırladaq ki, ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının yenidən bağlandığını bəyan edib.
Oxşar xəbərlər
Kris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır
SEPAH: Son sutka ərzində Hörmüzdən 26 gəmi keçib
Şmıqal və Rayt Ukraynanın enerji resurslarının hasılatını artırmağı müzakirə edib
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
Atəşkəsdən sonra Hörmüz boğazından iki gəmi keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
