Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB
Professor Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məlumata görə, deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış.
***
19: 14
Professor Nəsiman Yaqublu yol qəzasına düşüb.
Sizinxeber.az xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Nəsiman Yaqublunun Zəngilandan qayıdarkən ağır yol qəzasına düşdüyünü bildirib.
Onun sözlərinə görə, N. Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb
Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb - FOTO
Beyləqanda avtomobil kanala düşüb, iki nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
