Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO


Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu qeyd edib ki, N.Yaqublu milli mətbuat tarixinin öyrənilməsində müstəsna rolu olub.

“Nəsiman müəllimin vəfatı bizim üçün böyük itkidir. Bu gözlənilməz xəbər bütün onu tanıyanları dərindən sarsıdıb”, - deyə V.Zifəroğlu bildirib.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, N.Yaqublunun vəfatı təkcə Jurnalistika fakültəsinin yox, Azərbaycan elmi üçün böyük itkidi: “O, cümhuriyyət tariximizin, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqi yolunda əvəzsiz işlər görüb. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Qeyd edək ki, N.Yaqublu Zabratda torpağa tapşırılacaq.

Nadir Yalçın

Oxşar xəbərlər

Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verib
Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq
Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB-2
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib - FOTO
Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər