Qalibaf Trampın təhdidlərinə cavab verib
sizinxeber.az xəbər saytı

Qalibaf Trampın təhdidlərinə cavab verib


İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf Ağ Ev rəhbəri Donald Trampın təhdidlərinə cavab verib.

"Sizinxeber.az" xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Özləri barədə düşünmürlər ki, əgər təhdidlərinin bir nəticəsi olsaydı, bugünkü çarəsiz vəziyyətə düşməzdilər? Biz amerikalıların təhdidlərini heç sayırıq", - Qalibaf bildirib.

"Yaxşı olar ki, öz bəyanatlarına fikir versinlər. Silahlı Qüvvələrimiz onlara fərqli şəkildə cavab verməyə hazırdır", - parlament sədri xəbərdarlıq edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ və İran arasında İsveçrədə danışıqlar aparılır.

Oxşar xəbərlər

Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
"Tasnim": İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını tərk edib - YENİLƏNİB-2
İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Qalibaf: İmpulsiv qərarlar sonsuz bir bataqlıq yaradacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər