Hikmət Hacıyev: Media savadlılığı çox mühümdür
Media savadlılığı çox mühümdür.
Sizinxeber.az-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.
“Əvvəllər yalnız qəzet və televiziya var idisə, indi informasiya mühiti xeyli genişlənib. Sosial mediada müxtəlif məlumatlar yayılır. Biz başa düşməliyik ki, bu məlumatları necə qəbul etməli və onlardan necə istifadə etməliyik. Çünki yayılan məlumatlar birbaşa həyatımıza təsir edir. Bəzən bu məlumatlar bizim qərarlarımıza, davranışımıza və gündəlik həyatımıza təsir göstərə bilər. Dezinformasiya isə tez-tez doğru informasiyaya bənzər şəkildə təqdim olunur. Media savadlılığı dezinformasiyanı və düzgün məlumatları seçməyi bacarmağı özündə ifadə edir”.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Şuşa Media Forumu azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Prezidentin köməkçisi: Vətən müharibəsi zamanı kütləvi beynəlxalq dezinformasiyaya qalib gələ bildik
III Şuşa Qlobal Media Forumu panellərlə davam edir
Hikmət Hacıyev: Etnik azərbaycanlıların İrana İsrail agenti kimi yerləşdirilməsi iddiaları absurddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
