Hikmət Hacıyev: Etnik azərbaycanlıların İrana İsrail agenti kimi yerləşdirilməsi iddiaları absurddur
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Etnik azərbaycanlıların İrana İsrail agenti kimi yerləşdirilməsi iddiaları absurddur


Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.


APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında bildirib.

“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adına İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - Hikmət Hacıyev vurğulayıb.

Oxşar xəbərlər

Hikmət Hacıyev İrana səfər edib
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb
Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib
Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər