Azərbaycanlı rəssam: Tablodakı o yeri Yusuf Dikeçin atəş açaraq deşməsi üçün boş qoydum » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
avq
2024
21:00
0
0
1 350
ff

Azərbaycanlı rəssam: Tablodakı o yeri Yusuf Dikeçin atəş açaraq deşməsi üçün boş qoydum

16 avq, 2024
21:00
1 350

Azərbaycanlı rəssam: Tablodakı o yeri Yusuf Dikeçin atəş açaraq deşməsi üçün boş qoydum

Türkiyənin Ədirnə şəhərində yaşayan Azərbaycan əsilli rəssam Xətai Abdullayev Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq üzrə yarışlarda gümüş medal qazanan türkiyəli idmançı Yusuf Dikeçin portretini çəkib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qeyd olunub ki, rəssam idmançının portretini “Mənəm türk” adlı mahnının müşayiəti ilə özünün sosial şəbəkə hesabında paylaşıb.

X.Abdullayev portreti türk xalqını qürurlandıran bütün idmançılara həsr etdiyini bildirib:

“Hədəf taxtasında Yusuf Dikeçin vurduğu nöqtəni çəkmədiyim üçün bu detalı unutduğumu düşünənlər oldu. Oranı Dikeçin atəş açaraq deşməsi üçün boş qoydum. Rəsm əsərini satın almaq istəyənlər vardı. Ancaq mən onu idmançıya hədiyyə etmək istəyirəm. Atəş açaraq tablonu tam ortadan deşəndə, əsər tamamlanacaq”.

Qeyd edək ki, Y.Dikeç ötən bazar günü yekunlaşan XXXIII Yay Olimpiya Oyunlarında özünəməxsus atış tərzi ilə fərqlənib və məşhurlaşıb. Belə ki, o, bir əlində silahı tutub, digərini isə cibinə salıb. Həmçinin idmançı atəş açarkən heç bir qoruyucu vasitədən istifadə etməyib.

Bizimlə əlaqə saxlayın

×
×