EDB Azərbaycanda prioritet investisiya istiqamətlərini açıqlayıb
Avrasiya İnkişaf Bankı (EDB) bərpa olunan enerji layihələri, şəbəkə təsərrüfatının yenilənməsi və transsərhəd enerji infrastrukturunun inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq üçün əhəmiyyətli potensial görür.
Bunu "Sizinxeber.az"a müsahibəsində Bankın İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib.
O qeyd edib ki, EDB bu cür təşəbbüsləri nəzərdən keçirməyə və onların işlənib hazırlanmasına, strukturlaşdırılmasına və maliyyə təminatına kömək etməyə hazırdır.
"Bundan başqa, Azərbaycan beynəlxalq maliyyə dəstəyinin mövcudluğu şərtilə 2050-ci ilə qədər tullantıların həcmini 1990-cı ildəki səviyyəyə nisbətən 40 % azaltmaq niyyətində olduğunu bildirib. Beləliklə, maraq qarşılıqlı xarakter daşıyır", - N.Podquzov vurğulayıb.
O bildirib ki, EDB-nin qiymətləndirmələrinə görə, Azərbaycan ərazisində data-mərkəzlərin inşası sahəsində böyük potensial mövcuddur.
"Bundan başqa, Rəqəmsal Təşəbbüslər Fondu regional logistika sahəsində ölkələrarası rəqəmsal həllərin dəstəklənməsi üzrə fəal iş aparır. Xüsusilə söhbət e-TIR sisteminin və elektron qaimələrin tətbiqindən gedir ki, onların da istifadəsi Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında sərhədkeçmə vaxtını dörd günə qədər azaltmağa imkan verir", - sədr qeyd edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Nikolay Podquzov: "EDB Şimal-Cənub və Orta dəhlizlərin maliyyələşdirilməsi perspektivlərini qiymətləndirir" - MÜSAHİBƏ
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
Bank rəhbəri: "Bu il Azərbaycanın EDB-yə mümkün üzvlüyü ilə bağlı danışıqlar davam edəcək"
EIB Azərbaycanda "yaşıl layihə”lərə maraq göstərir
Nərgiz Vik: "Almaniya maliyyə institutları Azərbaycandakı layihələrə investisiya yatırmağa hazırdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
