II və III qruplar üzrə qəbul imtahanında 41 mindən çox abituriyent iştirak edəcək
sizinxeber.az xəbər saytı

II və III qruplar üzrə qəbul imtahanında 41 mindən çox abituriyent iştirak edəcək


Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən Sizinxeber.az-ya verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

II ixtisas qrupu üzrə imtahanda 18908, III ixtisas qrupu üzrə imtahanda isə 22714 nəfər olmaqla, ümumilikdə 41622 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

Oxşar xəbərlər

İyunun 7-də keçiriləcək imtahanda 50 mindən çox abituriyent iştirak edəcək
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
İyulun 6-da keçiriləcək qəbul imtahanında 40 mindən çox abituriyent iştirak edəcək
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər