EIB Azərbaycanda "yaşıl layihə”lərə maraq göstərir
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda bərpa olunan enerji, "yaşıl hidrogen”, dayanıqlı nəqliyyat, bələdiyyə infrastrukturunun inkişafı, enerji səmərəliliyi və enerji şəbəkələrinin modernləşdirilməsi ilə bağlı layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib.
Bu barədə “Sizinxeber.az”a EIB-dən məlumat verilib.
Bankdan bildiriblər ki, Azərbaycan hidrogen ixracı, həmçinin günəş və külək enerjisinin inkişafı üçün böyük potensiala malikdir.
"Təklif edilə biləcək maliyyələşdirmə mexanizmlərinə belə layihələrin uğurla həyata keçirilməsi üçün uzunmüddətli kreditlər, zəmanətlər və texniki yardım daxildir", - EIB qeyd edib.
Bankın prioritetləri arasında "yaşıl enerji", enerji səmərəliliyi, rəqəmsallaşma, infrastrukturun dayanıqlı inkişafı və əlaqələrin genişləndirilməsi yer alır.
"EIB Global" digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etmək niyyətindədir və Avropa İttifaqı ilə Cənubi Qafqaz regionu arasında sualtı enerji və rəqəmsal bağlantılar da daxil olmaqla, regional əlaqələrin inkişafına yönəlmiş layihələri nəzərdən keçirməyə hazırdır", - bankın məlumatında vurğulanıb.
Oxşar xəbərlər
EIB Azərbaycanın "yaşıl iqtisadiyyat”a keçidini dəstəkləməyə hazırdır
“Masdar” Azərbaycanda ofşor külək enerjisi, "yaşıl hidrogen" və enerji saxlama sistemlərini araşdırır
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir
EIB Azərbaycana investisiyaların həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
