Bank rəhbəri: "Bu il Azərbaycanın EDB-yə mümkün üzvlüyü ilə bağlı danışıqlar davam edəcək"
2026-cı ilin ikinci yarısında Avrasiya İnkişaf Bankının (EDB) nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır, məqsəd ölkənin bankın iştirakçıları sırasına daxil olması mümkünlüyü ilə bağlı danışıqlar prosesini davam etdirməkdir.
Bunu "Report"a müsahibəsində EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib.
O vurğulayıb ki, EDB Azərbaycanın bankın kapitalında potensial iştirakı məsələləri ilə bağlı qarşılıqlı anlaşmanı möhkəmləndirməyə imkan verən ötənilki Bakı səfərini yüksək qiymətləndirir: "EDB Azərbaycanın dövlət qurumlarının və işgüzar dairələrinin nümayəndələri ilə daim dialoq aparır. Biz bu əməkdaşlığa böyük maraq göstərildiyini, o cümlədən kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olduğunu müşahidə edirik. Danışıqlar prosesinin davam etdirilməsi üçün 2026-cı ilin ikinci yarısında səfər planlaşdırılır. Qarşıdan gələn görüş çərçivəsində bu məsələnin praktiki tərəflərinin müzakirəsi nəzərdə tutulur. Bununla belə, başa düşürük ki, yekun qərarı və onun zaman çərçivəsini Azərbaycan tərəfi müəyyən edir və biz sırf ona uyğun şəkildə hərəkət etməyə hazırıq".
N.Podquzov vurğulayıb ki, EDB "Azərbaycan 2030" milli strategiyanın strateji hədəflərinə əsaslanan investisiya prioritetlərinin hazırlanması məqsədilə azərbaycanlı tərəfdaşlarla məhsuldar əməkdaşlığa ümid edir: "Bank Azərbaycan hökuməti ilə birlikdə müəyyən ediləcək perspektivli sahəvi təşəbbüslərin həyata keçirilməsi üçün mövcud olan bütün dəstək alətlərindən istifadə etməyə hazırdır".
Qeyd edək ki, hazırda 7 ölkə - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan EDB-nin iştirakçılarıdır.
Bundan başqa, EDB Şurası bankın əhatə dairəsinə daha 11 dövlətin daxil olması mümkünlüyünü təsdiqləyib. Bu ölkələrin üzvlüyü danışıqlar prosesinin yekunlarından asılıdır. Bu ölkələr Azərbaycan, Bəhreyn, Gürcüstan, Qətər, Monqolustan, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman Sultanlığı, Türkmənistan və Türkiyədir.
Bu il Omanın banka qoşulması gözlənilir.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Nikolay Podquzov: "EDB Şimal-Cənub və Orta dəhlizlərin maliyyələşdirilməsi perspektivlərini qiymətləndirir" - MÜSAHİBƏ
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
EDB Azərbaycanın onun səhmdarları sırasına daxil olacağına ümid edir
Paşinyan: Seçkidən sonra Putinlə görüşəcəm
Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
