DÇ-2026: Almaniya – Paraqvay oyununda ilk hissə başa çatıb – YENİLƏNİR-2
DÇ-2026: Almaniya – Paraqvay oyununda ilk hissə başa çatıb – YENİLƏNİR-2
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi fasiləyə üstün yollanıb – 1:0.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
42-ci dəqiqədə Xulio Ensiso topu rəqibin qapısından keçirib.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
