Əli Xamenei ilə vida mərasimində 30-dan çox ölkənin nümayəndə heyəti iştirak edəcək
sizinxeber.az xəbər saytı

Əli Xamenei ilə vida mərasimində 30-dan çox ölkənin nümayəndə heyəti iştirak edəcək


30-dan çox ölkə matəm tədbirlərində rəsmi nümayəndə heyəti ilə iştirak etməyə və İranın sabiq ali rəhbəri Əli Xameneinin xatirəsini yad etməyə hazır olduğunu bildirib.

"Sizinxeber.az"un İran mediasına istinadən verdiyi məlumata görə, bunu Əli Xameneinin vida və dəfn mərasiminin təşkili üzrə Milli Qərargahın katibi Əli Əkbər Purcəmşidian deyib.

"30-dan çox ölkə ehtiramını bildirmək üçün mərasimdə iştirak etməyə hazır olduğunu bildirib və müraciət edib. 90-dan çox ölkənin dini liderləri mərasimdə iştirak etməyə hazır olduqlarını bildiriblər", - o qeyd edib.

Xatırladaq ki, İranın sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimi iyulun 4-də başlayacaq, dəfn isə iyulun 9-da olacaq.

Oxşar xəbərlər

Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Kərbəla və Nəcəfdə Xamenei ilə vida mərasimi keçiriləcək
İranda Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər