QDTİB prezidenti: Bank 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya üzərində işləyir
Bank 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya üzərində işləyir.
"APA-Economics" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında deyib.
Onun sözlərinə görə, 2025-ci il və 2026-cı ilin ilk altı ayı ərzində Bank qarşıya qoyduğu əsas məqsədə – fəaliyyətini yenidən dayanıqlı inkişaf trayektoriyasına qaytarmağa nail olub.
S.Köksal bildirib ki, Bank beynəlxalq maliyyə bazarlarına uğurla qayıdıb və bu ilin fevral ayında yerləşdirdiyi üçillik istiqraz buraxılışı investorlar tərəfindən yeddi dəfə artıq tələb toplayıb. Güclü investor marağı nəticəsində istiqrazın gəlirlilik marjasını 60 baza bəndi azaltmaq mümkün olub.
Onun sözlərinə görə, hazırda Bankın "Standard & Poor's" tərəfindən "BBB", "Moody's" tərəfindən isə "Baa2" kredit reytinqi olsa da, QDTİB daha yüksək reytinqə malik beynəlxalq maliyyə institutları ilə müqayisə oluna biləcək şərtlərlə borclanır.
QDTİB prezidenti qeyd edib ki, Bankın Salonikidə yerləşən yeni baş qərargahına köçürülməsi vaxtında və büdcə çərçivəsində tamamlanıb. O əlavə edib ki, Bank üzv ölkələrdə fəaliyyətini genişləndirmək məqsədilə biznesin inkişafı və tanıtım tədbirlərini davam etdirir. Bu çərçivədə iyulun 2-də Bakıda "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda biznes forumu keçiriləcək.
S.Köksal vurğulayıb ki, QDTİB 2025-2026-cı illər üzrə orta müddətli strategiyada nəzərdə tutulan yüksək inkişaf ssenarisinə nail olacağına inanır. Hazırda isə Bank üzv ölkələrlə məsləhətləşmələr əsasında 2027-2030-cu illəri əhatə edəcək orta müddətli strategiya və biznes planını hazırlayır.
Oxşar xəbərlər
Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb
Nazir: Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Bu il QDTİB-nin illik toplantısı Bakıda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
