Paşinyan: Seçkidən sonra Putinlə görüşəcəm
sizinxeber.az xəbər saytı

Paşinyan: Seçkidən sonra Putinlə görüşəcəm


Ermənistan və Rusiya arasında yeni yüksək səviyyəli görüşün 2026-cı ilin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır.

Far.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Moskvaya səfəri zamanı rəsmi danışıqlarla yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə işgüzar nahar da təşkil edilib:

“Söhbət səmimi bir atmosferdə keçib. Səfəri çox uğurlu qiymətləndirirəm. Başqaları da öz qiymətləndirmələrini etməkdə sərbəstdir. Təkbətək görüşə gəldikdə, biz artıq əlavə əlaqələr və tədbirlər, o cümlədən iyun ayının ikinci yarısında yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”.

Paşinyan qeyd edib ki, görüş zamanı onun əvvəllər müxtəlif yerlərdə açıq şəkildə çıxış etdiyi məsələlər müzakirə olunub:

“Hazırda Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir və mən bu prosesi müsbət qiymətləndirirəm. Biz qarşılıqlı əlaqələrimizi dostcasına dialoq çərçivəsində davam etdirmək niyyətindəyik”.

O, həmçinin Ermənistanın Aİİ və AB ilə qarşılıqlı əlaqəyə yanaşmasına münasibət bildirib:

“Hər iki təşkilata qarşı siyasəti birləşdirmək mümkün olduğu müddətcə Ermənistan bu kursu davam etdirmək niyyətindədir. Uyğunsuzluq vəziyyətində qərar ölkə vətəndaşları ilə birgə qəbul ediləcək. O an gələnə qədər əlavə şərh verməyə ehtiyac görmürəm”.

Oxşar xəbərlər

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Paşinyan Putinlə konstruktiv münasibətlərinin olduğunu açıqlayıb
Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - YENİLƏNİB
Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram və Bakı ilə birbaşa danışıqlara üstünlük verirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər