Naxçıvan Ali Məclisi yerli büdcənin icrasını müzakirə edir
sizinxeber.az xəbər saytı

Naxçıvan Ali Məclisi yerli büdcənin icrasını müzakirə edir


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin növbədənkənar sessiyasının bugünki iclası başlayıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, iclasda "Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında" qanun layihəsi I oxunuşda müzakirə edilir.

Ötən il büdcənin gəlirləri 450,65 milyon manat, xərcləri isə 445,63 milyon manat təşkil edib. Son nəticədə büdcədə təxminən 5 milyon manat profisit yaranıb, sərbəst qalıq 40,5 milyon manata yüksəlib.

Ötən il yerli büdcənn gəlirlərinin 160 milyon manatı dövlət büdcəsindən ayrılmış dotasiya, 290,65 milyon manatı isə digər mənbələrin - əsasən vergilərin hesabına formalaşıb.

Bundan başqa, iclasın gündəliyinə "Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (I oxunuş) və "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" qanun layihəsi (I oxunuş) var.

Oxşar xəbərlər

Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda qəbul edib
Naxçıvanın 2025-ci il büdcəsi Ali Məclisin müzakirəsinə tövsiyə olunub
Azərbaycanda bu qanun ləğv edilə bilər
Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb
Milli Məclis büdcənin icrasını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər