Hesablama Palatası: Biomüxtəlifliyin qorunması xərcləri səmərəsiz olub
sizinxeber.az xəbər saytı

Hesablama Palatası: Biomüxtəlifliyin qorunması xərcləri səmərəsiz olub


Hesablama Palatası biomüxtəlifliyin qorunması sahəsində dövlət vəsaitlərinin və digər əmlakın idarə olunması üzrə aparılan audit zamanı bir sıra çatışmazlıqlar müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilib.

Sənədə əsasən, qurumun 2025-ci il üzrə İş Planına müvafiq olaraq bioloji müxtəlifliyin qorunması sahəsində dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.

Audit çərçivəsində bu istiqamətdə ayrılan vəsaitlərin istifadəsi, həyata keçirilən layihələrin icrası və idarəetmə mexanizmləri təhlil olunub.

Nəticələr göstərib ki, bəzi hallarda vəsaitlərin istifadəsində səmərəlilik və nəticəlilik tam təmin edilməyib, planlaşdırılan göstəricilərlə faktiki nəticələr arasında uyğunsuzluqlar yaranıb.

Bununla yanaşı, dövlət əmlakının idarə olunması sahəsində də problemlər aşkarlanıb. Belə ki, bəzi hallarda əmlakın uçotu və istifadəsi üzrə sənədləşmə tam aparılmayıb, nəzarət mexanizmləri zəif olub.

Hesablama Palatası qeyd edib ki, mövcud nöqsanlar dövlət resurslarının səmərəli idarə olunmasına və biomüxtəlifliyin qorunması üzrə həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

Auditin nəticələrinə əsasən müvafiq qurumlara vəsaitlərin istifadəsi üzərində nəzarətin gücləndirilməsi, hesabatlılığın artırılması, əmlakın uçotu sisteminin təkmilləşdirilməsi və layihələrin nəticəyönümlü idarə olunması ilə bağlı tövsiyələr verilib.

Oxşar xəbərlər

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb
Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar aşkarlayıb
Təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlanıb
Hesablama Palatası bitkiçilikdə subsidiya mexanizmlərində nöqsanlar aşkarlayıb
Dövlət Statistika Komitəsinin əmlakının müqaviləsiz icarəyə götürüldüyü məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər