Fərhad Hacıyev: "Gənclərin inkişafı dövlətin əsas prioritetlərindən biridir"
Azərbaycanda gənclərin inkişafı üçün hər il yeni imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan gənclər ölkəsidir: "Hazırda əhalimizin təxminən 22 %-ini gənclər təşkil edir. Azərbaycanın Gənclər haqqında" qanununa əsasən, 14-29 yaş aralığında olan vətəndaşlar gənc hesab olunur. Uşaqları da nəzərə aldıqda, bu kateqoriya ölkə əhalisinin yarıdan çoxunu əhatə edir. Məhz buna görə Azərbaycan gənclər ölkəsi kimi tanınır".
O qeyd edib ki, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir: "Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü və fərmanları ilə qəbul edilən proqramların sayı ildən-ilə artır və gənclərin inkişafına xidmət edir. 2004-cü ilin dekabr ayında İslam Konfransı Gənclər Forumunun yaradılmasında iştirak etdik. Bu gün artıq 20 ildən çox tarixə malik olan təşkilat fəaliyyətini genişləndirərək İslam Əməkdaşlıq Təşkilatının demək olar ki, bütün coğrafiyasını əhatə edir. Bu təşəbbüsün formalaşmasında dostlarımızla birlikdə iştirak etdiyimiz üçün qürur duyuruq. Azərbaycan gənclər ölkəsi kimi hər il gənclərin inkişafı istiqamətində yeni addımlar atır. Bu sahədə mühüm mərhələlərdən biri 2011-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun yaradılması oldu. Daha sonra gənclərin təşəbbüslərinin və layihələrinin dəstəklənməsinə yönəlmiş müxtəlif mexanizmlər formalaşdırılıb".
F. Hacıyevin fikrincə, hamıya məlumdur ki, istedad universaldır, imkanlar isə hər zaman eyni dərəcədə əlçatan olmur: "Buna görə də gənclərin ideyalarını inkişaf etdirmələri və onları həyata keçirmələri üçün imkanların yaradılması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu siyasətin həyata keçirilməsində aparıcı qurumlardan biri də Gənclər və İdman Nazirliyidir".
O vurğulayıb ki, Azərbaycanda 300 gənclər QHT-si qrant proqramları ilə dəstəklənir: "Gənclər və İdman Nazirliyi hər il iki dəfə gənclər təşkilatlarının layihələrinin icrası üçün qrant proqramları elan edir. Bundan əlavə, Gənclər Fondu da gənclərin ideya və layihələrinin dəstəklənməsində fəal rol oynayır. Eyni zamanda, İT və innovasiya yönümlü gənclər təşəbbüslərini dəstəkləyən müxtəlif fondlar mövcuddur. Ümumilikdə, demək olar ki, hər nazirlik QHT layihələrinin maliyyələşdirilməsi üçün qrant mexanizmləri tətbiq edir. Ölkədə ümumilikdə təxminən 4 min QHT fəaliyyət göstərir və onların mühüm hissəsini gənclər təşkilatları təşkil edir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa gəlincə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsisçilərindən biri kimi bu prosesdə fəal iştirak edib. Ötən il Şuşa şəhəri "İƏT Gənclər Paytaxtı" layihəsinə ev sahibliyi edib. Bu təşəbbüs çox uğurlu olub və geniş beynəlxalq maraq doğurub. 2020-ci ildə 30 illik işğaldan azad edilən Şuşanın bu statusa layiq görülməsi xüsusi rəmzi məna daşıyırdı. Layihə çərçivəsində bir sıra beynəlxalq və yerli tədbirlər həyata keçirilib, Şuşanın mədəni və gənclər platforması kimi tanıdılmasına mühüm töhfə verilib".
Oxşar xəbərlər
İdrissa Dia: "Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır
Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
Dünya Bankı: Regionda inteqrasiyanın dərinləşməsi gənclərə yeni perspektivlər açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
