Hesablama Palatası: Fiskal qanunvericilikdə dəyişikliklər zəruridir
sizinxeber.az xəbər saytı

Hesablama Palatası: Fiskal qanunvericilikdə dəyişikliklər zəruridir


Aparılan təhlillər 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərdə məlumatlılığın nisbətən artırıldığını, izah və məlumatların keyfiyyətinin
yüksəldilməsi istiqamətində addımların atıldığını göstərmiş, Hesablama Palatası fiskal qanunvericilikdə dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, “Büdcə sistemi haqqında” qanunun 20-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar təqdim edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu məlumatlar təqdim edilib, illik hesabatda əks etdirilmiş məlumatların nisbətən əhatəli olduğu qənaətinə gəlinib.

Əvvəlki ildə olduğu kimi, hesabat ili üzrə də PHŞ-lərə dövlət sifarişi üzrə ayrılmış məbləğ illik hesabata ayrıca əlavə şəklində təqdim edilib, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün müqavilənin müvafiq icra hakimiyyəti orqanı və ya tabe olduğu dövlət orqanı ilə bağlanmasına dair bölgü göstərilib. Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə istifadə olunmuş vəsaitlə bağlı təqdim edilmiş məlumatda Fondda nəzərdə tutulmuş vəsait hesabına və qanunvericiliyə uyğun olaraq qənaət olunmuş vəsaitin Fonda yönəldilməsi hesabına maliyyələşdirilmiş istiqamətlər fərqləndirilib.

Strategiya, digər dövlət proqramları və məqsədli tədbirlər üzrə maliyyə resurslarının icra vəziyyətinə dair ayrıca sənəd təqdim edilib. Əvvəlki illərdə olduğu kimi, bu il də illik hesabatda Hesablama Palatasının rəylərində qaldırılmış təkliflərin icrası üzrə ayrıca altbölmə verilib. Dövlət maliyyəsinin idarə edilməsinin qiymətləndirilməsi alətləri büdcənin icrası ilə bağlı il ərzində təqdim edilən hesabatlara tamlıq, dürüstlük və müddət prinsipləri nəzərə alınmaqla tələbləri müəyyən edir. Rəydə qeyd edildiyi kimi, “Büdcə sistemi haqqında” qüanuna əsasən tələb olunan göstəricilər dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əsasən əks etdirilib.

Məlum olduğu kimi, 2024-2027-ci illər üzrə ortamüddətli büdcə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması büdcə siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilib. Eyni zamanda bu istiqamətdə aparılan təkmilləşdirilmələrin “Açıq Büdcə İndeksi”ndə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcəyi nəzərə alınaraq, dövlət büdcəsinin icrası ilə bağlı hesabatlılığı tənzimləyən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinin zəruri olduğu qənaətinə gəlinir.

Oxşar xəbərlər

Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy verib
Hesablama Palatası: Büdcə kreditlərinin verilməsi istiqamətində tənzimləyici mexanizm zəruridir
Hesablama Palatası "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə rəy verəcək
Hesablama Palatası: Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanmayıb
Hesablama Palatası: Son illərdə ilk dəfə ilin sonuna idarəetmədə vəsait saxlanılmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər